XANƏNDƏLIK SƏNƏTI DÜNYA MUSIQISININ INCISIDIR

Authors

  • Zümrüd Məmmədova Muğam müsabiqəsinin qalibi

Abstract

Şərq sivilizasiyasının mühüm mərkəzlərindən biri olan Azərbaycanda ta qədim dövrlərdən etibarən zəngin incəsənət mövcud olub. Eləcə də muğam sənətimizin qədimliyi bu sahədə aparılan araşdırmalarla təsdiqini tapıb və bu sənətin ilk nümunələrinin müasir tipli insanların formalaşdığı dövrlərə qədər gedib çıxdığı bildirilir. Muğamla bağlı araşdırmalarda Abasqulu Nəcəfzadə “Adında bayatı sözü olan muğamlar” adlı məqaləsində muğamların genezisini araşdıraraq onların qədimliyi ilə bağlı yazır ki, Azərbaycan ərazisində muğamların ilk nümunələrini müasir tipli insanların formalaşdığı qədim Qobustanda öyrənməliyik. Yəni muğamın yaranma tarixi Qobustanda məskunlaşan ana və nənələrimizin körpələrin beşiyi başında oxuduqları ilk “Layla”lar qədər daha qədimdir: “Layla”lar şeir formasında deyilmir, hər hansı muğam üzərində zümzümə edilir. Bu, min il də, 20 min il də bundan əvvəl belə oxunmuşdur. İndinin özündə avazla oxunan ən qədim laylaları dinləyəndə onların hansı muğama kökləndiyini asanlıqla müəyyənləşdirmək mümkündür. Həm qədim, həm də çağdaş laylaların əksəriyyəti “Segah” muğamının məqam-intonasiyası əsasında oxunur. Muğam janrı həm uzaq keçmişin, həm bu günün, həm də gələcəyin möhtəşəm xəzinəsidir”.

Downloads

Published

2026-07-31

Issue

Section

Articles

How to Cite

XANƏNDƏLIK SƏNƏTI DÜNYA MUSIQISININ INCISIDIR. (2026). European Journal of Interdisciplinary Research and Development , 53, 1-4. https://ejird.journalspark.org/index.php/ejird/article/view/2224